Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın zəfəri Türk dünyasının etnosiyasi coğrafiyasını da bərpa etdi

5/5

  •         Dünyanın bir çox siyasətçiləri və elm adamları XXI əsri Türk əsri adlandırmışlar. Onlar bu fikri XXI yüzilliyin başlanğıcında baş verən proseslərə nəzər salaraq söyləmişlər. Hal - hazırda Türkiyə dövlətinin öncüllüyündə aparılan siyasət onu göstərir ki, doğrudan da XXI əsr tarixdə Türk əsri olaraq qalacaqdır. Eyni zamanda bu fikrin gerçəkləşməsi üçün çox çalışmaq lazımdır və bu missiyanın reallaşması üçün hər bir Türk dövləti üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirməlidir. Məlumdur ki, uzun müddət Türk dövlətləri arasında əlaqələr tamamilə kəsilmiş, demək olar ki, bu dövlətlərin bir çoxu - o cümlədən keçmiş sovet imperiyası tərkibində olan Türk dövlətləri - siyasi arenada söz sahibi olmamışlar. Məhz bu səbəbdən də imperiya tərkibində olan Türkdilli​ dövlətlərin, Türk dövlətlərinin lokomativi olan Türkiyə Cümhuriyyəti ilə olan bütün əlaqələri kəsilmişdir. Hətta iş o yerə gəlib çatmışdır ki, türkçülüyə, Türkiyəyə rəğbət bəsləyən ziyalıları pantürkizm damğası ilə gözdən salmağa çalışmışlar. Təəssüflər olsun ki, SSRİ - nin süqutundan sonra da bir müddət bu tendensiya davam etmiş , Türk dövlətləri arasındakı əlaqələr zəif inkişaf etmişdir. Lakin, sevindirici hal ondan ibarətdir ki, bu hal uzun sürməmiş, Türk dövlətləri arasındakı münasibətlər möhkəmlənməyə başlamış və bu münasibətlər yüksələn xətt üzrə davam etməkdədir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 16 mart 2023 - cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə çıxış edən Türkiyə Cümhuriyyəti Dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək görüş iştirakçılarını salamlamış və qeyd etmişdir ki, Ankara Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarlar qəbul ediləcəkdir. Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6 - da Türkiyənin 10 rayonunu əhatə edən 15 milyon nəfər insanın yaşadığı ərazidə baş verən dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırmaq məqsədilə ilk günlərdən köməyə ilk gələn, qardaşlarımızın acısını ilk bölüşən azərbaycanlı xilasedicilər olmuşdur. Hesab edirəm ki, bu belə də olmalıdır. Çünki, qardaş acısını qardaşdan daha yaxşı heç kim anlamaz.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Prezidenti çıxışı zamanı yenə də diqqəti ölkəmizin ərazilərində törədilmiş erməni vəhşiliklərinin üzərinə yönəltdi. Məlumdur ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində misli - bərabəri görünməyən vəhşiliklər törətmişlər. Onlar yüzlərlə yaşayış məntəqələrini, o cümlədən şəhər, qəsəb və kəndlərimizi, yerlə yeksan etmişlər. Tarixi abidələrimizi, qəbiristanlıqlarımızı darmadağın etmişlər. İşğal etdikləri ərazilərdə 67 məsciddən 65 - ni dağıtmış, yerdə qalan iki məscidi isə donuz və mal tövlələrinə çevirmişlər. Dörd minə yaxın azərbaycanlıdan isə bu gün də xəbər yoxdur. İşğaldan azad edilmiş ərazilərimizdə tapılmış kütləvi məzarlıqlar onu göstərir ki, vaxtilə ermənilər tərəfindən əsir götürülmüş dinc Azərbaycan əhalisi vəhşi ermənilər tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmişlər. Ancaq təəssüflər olsun ki, ermənilər hələ də qətlə yetirdikləri insanlar haqqında heç bir məlumat vermirlər. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ermənilər Şərqi Zəngəzurda, Qarabağda etdikləri vəhşilikləri Qərbi Zəngəzurda da törətmişlər. Onlar bu gün də qədim Azərbaycan tirpağı olan, vaxtilə SSRİ rəhbərliyi tərəfindən alınıb Ermənistana verilən Qərbi Zəngəzurda özlərinə xas olan erməni vəhşiliyini davam etdirməkdədirlər. Ermənilər buradakı tarixi Azərbaycan abidələrini məhv etməyə davam edirlər. Dəfələrlə məndəni irsin qorunması məqsədilə yaradılmış UNESCO - ya müraciət etməyimizə baxmayaraq, bu beynəlxalq təşkilat həmin yerlərə fakt araşdırıcı missiya göndərməyib. Biz Azərbaycanda yaşayan etnik ermənilərin təhlükəsizliyinə zəmanət verdiyimiz kimi, ermənilər də vaxtilə Qərbi Zəngəzurdan qovulan azərbaycanlıların öz dədə - baba yurdlarına qayıdıb təhlükəsiz şəkildə yaşamalarına zəmanət verməlidirlər . Qərbi Azərbaycan İcmasının da tələbi yalnız bundan ibarətdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Sammitində işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri haqqında da danışdı. O, quruculuq işlərində Türk şirkətlərinin də əal iştirak etdiklərini vurğuladı və onlar indiyə qədər üç milyard manatlıq iş yerinə yetirdiklərini qeyd etdi. Azərbaycan Prezidenti Füzulidə və Cəbrayılda böyük məktəb kompleksi inşa etdirən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayevə qardaşlıq köməyi üçün dərin təşəkkürünü bildirdi. Hazırkı Türk dövlətlərinin sıx əməkdaşlığı, bu dövlətlər arasındakı qardaşlıq münasibətləri, indiyə qədər bu birliyin rəsmi üzvü olmayan Türkmənistanın bu birliyə qəbul üçün müraciət etməsi doğrudan da XXI yüzilliyin Türk əsri olacağına böyük inam yaradır. Bəli, dünya Türkün olacaq!​ ​ ​Vüsal İsmayılov, ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Xocalı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib84 dəfə
    Azərbaycanın zəfəri Türk dünyasının etnosiyasi coğrafiyasını da bərpa etdi

    Maraqlı gələ bilər
    53